MƏHSULDAR QAT

1) tərkibində faydalı qazıntılar olan çökmə süxur qatı. Məfhum adətən kömürlü, yaxud neftli-qazlı qatlar üçün istifadə edilir; bəzən də düzgün olmayaraq stratiqrafik vahidlərin təyin edilməsi üçün istifadə edilir. 2) Abşeron yarımadasında qalın kontinental çöküntülər kompleksi (1400 metrə qədər) olub, qumlu-gilli, bəzən də kobud çöküntülərdən ibarətdir. Litoloji əlamətlərinə görə onun daxilində üst şöbəni təşkil edən-Suraxanı, Sabunçu və Balaxanı; fasilə lay dəstəsi, yaxud orta şöbə və aşağı şöbəni təşkil edən-Kirmaki üstü, Kirmaki və Kirmaki altı, lay dəstələri ayrılır. Pliosenə aiddir. M. q. məfhumu 1913-cü ildə Abramoviç təklif etmişdir. Stratiqrafik mövqei 1914-cü ildə Qolubyatnikovə və Qubkin tərəfindən dəqiqləşdirilmişdir. продуктивная толща productive rock mass, productive strata
MEZORELYEF
MƏNFİ RELYEF FORMALARI, BATIQ RELYEF FORMASI
OBASTAN VİKİ
Məhsuldar qat (alt pliosen)
Bazalt qat
Bazalt — normal cərgəli effuziv dağ süxuru, ən çox yayılan kaynotip süxurları. == Haqqında == Bazaltlar püskürmə suxurların əsas kütləsini təşkil edir. Onlar müasir okeanların diblərini təşkil etməklə yanaşı, quru sahələrdə də geniş əraziləri tutur. Məsələn, Mərkəzi Sibirdə çox böyük ərazi qalın bazalt layları ilə örtülmüşdür."Bazalt" həbəş dilində "bazal" (dəmirsaxlayan daş) sözündən törəmişdir və ilk dəfə Böyük Plini tərəfindən işlədilmişdir. Liparitlərdən fərqli olaraq bazaltlar qara rəngdə olur. Bazalt maqması daha duru olduğuna görə nazik axınlar yaradır və bu səbəbdən də daha tez soyuyur. Ona görə də bazaltların petroqrafik tərkibində vulkan şüşəsi çox olur. Maqmadan ayrılan qazların hesabına bazalt suxurları, adətən məsaməli olur. Bazalt maqması soyuyarkən çox vaxt bazalt suxurlarının içərisində seolit və kalsit kristallarının yelpikvari formaları əmələ gəlir. Bazalt suxurlarının içərisindəki boşluqlarda bəzən aqat mineralının nazik zolaqlım kristallarına rast gəlinir.
Qərbi Qat
Qərbi Qat (hind. पश्चिमी घाट), Saxyadri (hind. सह्याद्रि) — Hindustanın qərbində yerləşən dağ silsiləsi. Dəkkən yaylasının qərbi ilə şimaldan cənuba doğru uzaır. Dəkkən yaylası enziz sahil xətti ilə Ərəbistan yarımadasından ayrılır. Dağ silsiləsi Qucarat və Maxaraştra ştatlarının sərgəddindən başlayır və 1600 km məsafədə Maharaşta, Qoa, Karnataka, Tamilnad və Kerala şatatları ərazisi boyunca uzanır. Hindistanın cənubuna qədər uzanan dağların 60 % Karnatakedə yerləşir. Dağlar 60 000 km² sahəni əhatə edir. Onların orta hündürlüyü 1200 m, maksimal hündürlüyü isə 2695 metrdir (Anay-Mudi). Qərbi Qat dağları ayrıca bir sistem deyildir.
Yüksək məhsuldar zebu hibridləri (film, 1983)
Zebu-hürgüclü qaramal dünyanın bir çox ölkəsində yayılmışdır. Respublikamızda təmiz cinsli Azərbaycan zebusu yetişdirilir. Zebu hibridləşdirilməsi üzrə elmi mərkəz olan S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda ölkəmizdə yeganə zebuçuluq problem laboratoriyası var. Filmdə işlik və ətlik məqsədilə saxlanılan zebu, onun hibridləşdirilməsi, zebudan yeni ətlik cinslər yaradılması haqqında danışılır. Film Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir. Rejissor: Adil Ələkbərov Ssenari müəllifi: A.Nikolski, Faiq Dərgahov Operator: Rəşid Nağıyev Səs operatoru: Şamil Kərimov Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Təzəabad-i Sərab-i Qat (Qürvə)
Təzəabad-i Sərab-i Qat (fars. تازه آباد سراب قحط‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 56 nəfər yaşayır (15 ailə). Əhalisini kürdlər təşkil edir.

Digər lüğətlərdə